Səudiyyə Ərəbistanı Krallığının səfiri BDU-da mühazirə oxuyub

02/05/2017

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Messad İbrahim Əl-Sulaim Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələrinə “Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələr və onların  inkişaf perspektivləri” mövzusunda mühazirə oxuyub. Universitetin Beynəlxalq əlaqələr departamentinin təşəbbüsü ilə baş tutan görüşün Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov açaraq səfir Messad İbrahim Əl-Sulaimiyə mühazirə üçün minnətdarlıq edib.

Səfir Messad İbrahim Əl-Sulaimi Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və beynəlxalq təşkilatlarda davamlı dəstək nümayiş etdirdiyini qeyd edib. Bildirib ki, Səudiyyə Ərəbistanı həm də Azərbaycanla enerji sahəsində əməkdaşlıq üzrə saziş imzalayan ilk ölkələrdən biridir. Səfir Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiklərini də diqqətə çatdırıb.

Sonda səfir tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 02 may 2017-cı il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!