Su Çərşənbəsi və “Əzizə Cəfərzadə yaradıcılığında Novruz”

21/02/2017

Bakı Dövlət Universitetində Filologiya fakültəsi Azərbaycan şifahi  xalq ədəbiyyatı kafedrasının  təşkil etdiyi  “Əzizə Cəfərzadə yaradıcılığında Novruz”  mövzusunda Elmi Seminar və Su  Çərşənbəsi ilə bağlı tədbir keçirilib. Tədbir aparıcılar - Gülnar Axundova və  Cavid Quluyevin Su Çərşənbəsi və  Əzizə Cəfərzadənin həyat və yaradıcılığı ilə bağlı məlumatla başlayıb. Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Əzizə Cəfərzadənin ədəbiyyata verdiyi töhfələrdən, Azərbaycan  şifahi  xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova isə xalqımıza məxsus adət-ənənələrin gələcək nəsillərə çatdırılmasında böyük rol oynayan ədəbiyyatşünasın, eyni zamanda milli bayramımız olan Novruz haqqında geniş, ətraflı, dərin məlumata malik olmasından bəhs edib. 
Əzizə Cəfərzadənin ailə üzvləri Səadət Ələsgərova, Kəmalə Cəfərzadə, AMEA Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri  Afaq Ramazanlı Əzizə xanımla bağlı xatirələrini bölüşüblər.

Elmi Seminarda magistr və doktorantlar “Əzizə Cəfərzadə yaradıcılığında Novruz” mövzusunda   çıxışlar ediblər. Azərbaycan  şifahi  xalq ədəbiyyatı kafedrasının  nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin üzvləri rəqs və musiqi nömrələri nümayiş etdiriblər. Sonda qonaqlara bayram şirniyyatları ilə bəzənmiş çay süfrəsi təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 21 fevral 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!