İsrailin səfiri BDU-da

11/06/2013

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov İsrailin ölkəmizdəki səfiri Rafael Harpazı və səfirin müavini Ronen Krauzu qəbul edib.

BDU haqqında qonaqlara məlumat verən rektor, İsrail universitetləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib. Tələbə və müəllim mübadiləsindən danışan rektorun sözlərindən məlum olub ki, universitet 60-70% elm, 30-40% tədris proqramlarını əhatə edən 90 beynəlxalq proqram və qrant üzərində işləyir və İsrail universitetləri ilə bu sahədə əməkdaşlıq etmək məqsədəuyğun olardı.

1993-ci ildən şərqşünaslıq fakültəsində İbri dili şöbəsinin açıldığını bildirən fakültə dekanı, dosent Elxan Əzizov qeyd edib ki, hazırda bu dil üzrə fakültədə 30 bakalavr və 2 magistr təhsil alır. Dekan bu dil üzrə oxuyan tələbələrin təcrübəsi üçün yaratdığı şəraitə görə səfirə minnətdarlıq bildirib.

Səfir Rafael Harpaz öz növbəsində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb və şərqşünaslıq fakültəsində fəaliyyət göstərən İbri dili mərkəzi üçün yaradılmış şəraitə görə rektora minnətdarlığını bildirib. Həmin mərkəzin daha da təkmilləşdirilməsi üçün quruma əlavə mütəxəssislərin cəlb olunmasını, mühazirə və seminarların təşkilini təklif edib.

Görüşdə təhsil ilə istehsalat arasında əlaqə qurmaq məsələləri də müzakirə olunub.

Sonra qonaqlar laboratoriya və mərkəzlərlə tanış olublar.

Mətbuat və İnformasiya şöbəsi, 11 iyun 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!