İspaniya Konqresinin deputatı Xose Mariya Çikoyo Bakı Dövlət Universitetində olub

08/05/2017

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İspaniya Konqresinin deputatı Xose Mariya Çikoyo Bakı Dövlət Universitetində olub. Universitetin bir sıra laboratoriya və mərkəzləri ilə tanışlıqdan sonra rektor, akademik Abel Məhərrəmov deputatı qəbul edib.   Qonağı ali təhsil ocağından görməkdən məmnunluğuna ifadə edən rektor ikitərəfli əlaqələrdə mədəniyyətlərarası dialoqun mühüm rol oynamasından bəhs edib. Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri barədə məlumat verən akademik Abel Məhərrəmov, həmçinin, İspaniya universitetləri, o cümlədən  Alikante Universiteti ilə səmərəli işbirliyindən, təhsil və elm sahəsində əməkdaşlığın əhəmiyyətindən, birgə elmi konfransların, simpoziumların keçirilməsi, tələbə-müəllim mübadiləsi kimi məsələlərdən bəhs edib.

Bakı Dövlət Universitetinin onda xoş təəssürat oyatdığını deyən Xose Mariya Çikoyo ölkəmizdə İspaniya ilə ikitərəfli əlaqələrin, o cümlədən təhsil-elm əlaqələrinin genişləndirilməsi baxımından münbit şəraitin olduğunu vurğulayıb.

Görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ispaniyalı rejissor və yazıçı, YUNESKO-nun beynəlxalq məsləhətçisi Annik Sebya Melsan da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 08 may, 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!