Sosial elmlər və psixologiya fakültəsinin tələbələri maarifləndirici seminar keçirib

08/12/2015

“Narınc” Uşaq Psixologiya Mərkəzinin Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun dəstəyi ilə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin 3-cü kurs tələbələrinin təqdimatında "TƏNHALIQ, DEPRESSİYA, SUİSİD" adlı maarifləndirici seminarı keçirilib. Disskusiya şəklində keçən seminar mərkəzin icraçı direktoru Təranə Kazımlının açılış nitqi ilə başlayıb. Daha sonra söz layihənin rəhbəri, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Aygün Məhərrəmovaya verilib. Sevda Soltanova, Fatiməxanım Qasımova, Nərgiz Əsədli, Məlahət Əsgərova, Əsmər Hüseynova layihənin məzmununa aid çıxışlar ediblər. Tələbələrin təşəbbüsü iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 08 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!