Sosial elmlər və psixologiya fakültəsində “Təhsil və cəmiyyət” mövzusunda V Respublika elmi-praktik konfransı keçirilir

08/05/2013

Bu gün Bakı Dövlət Universitetinin Sosial  elmlər və psixologiya fakültəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Təhsil və cəmiyyət” mövzusunda V Respublika elmi-praktik konfransı öz işinə başlayıb. Konfransın plenar iclasını giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən və ulu öndərin Azərbaycan təhsilinə verdiyi töhfədən bəhs edib.

Daha sonra elm və innovasiyalar üzrə prorektor, prof.Aydın Kazımzadə, Qafqaz Universitetinin Pedaqogika tarixi və nəzəriyyəsi kafedrasının müdiri prof.Əjdər Ağayev və sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, konfrans  öz işini dörd bölmədə davam etdirir, ümumən 80  məruzə dinləniləcək.

Mətbuat və İnformasiya şöbəsi, 08 may 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!