Sosial elmlər və psixologiya fakültəsi 20 yaşını qeyd edib

30/11/2011

Bu gün Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya (SEP) fakültəsinin yaranmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir öncəsi adıçəkilən fakültədə  Heydər Əliyev guşəsinin açılışı olub. Rəsmi hissədə çıxış edən rektor, akademik Abel Məhərrəmov  yubiley mərasiminə qatılan bütün qonaqları, millət vəkillərini,  professor-müəllim heyətini, tələbələri bu əlamətdar gün münasibətilə təbrik edib. Rektor BDU-nun 100 illk yubileyə doğru inamlı addımlarla irəlilədiyini deyərək universitetin tarixi və bu günündən, əldə olunan uğurlardan, nailiyyətlərdən bəhs edib. Rektor bildirib ki,  Sosial elmlər və psixologiya  fakültəsi müstəqillik qazanmış ölkəmizdə  baş verən sosial-siyasi hadisələr fonunda  suveren dövlətimiz üçün sosial-siyasi münasibətlər ixtisasları üzrə  kadr hazırlığına ehtiyacdan yaranıb. Akademik  Abel Məhərrəmov xüsusi olaraq vurğulayıb ki, fəaliyyəti dövründə  Respublikamız üçün minlərlə  yüksək ixtisaslı  mütəxəssis hazırlayan SEP fakültəsi həm də uzun illər ərzində  bir sıra xarici ölkələr üçün yüzlərlə kadrlar hazırlayıb, beynəlxalq miqyasda tanınan peşəkar professor-müəllim heyətinin yorulmaz xidməti sayəsində  regionun elmi mərkəzinə çevrilib, ali struktur rəhbərlərinin formalaşmasında müstəsna rol oynayıb.

Fakültəninin psixologiya, siosiologiya, sosial iş, fəlsəfə və politologiya ixtisaslarının yetirmələri bir çox fəaliyyət sahələrində uğurla çalışır, layiqli vətəndaş və mütəxəssis kimi özlərini təsdiqləyirlər.
Rəsmi hissənin  sonunda  fakültənin 20 illiyi münasibətilə bir sıra əməkdaşlar fəxri fərman və pul mükafatları ilə təltif edilib.

Daha sonra SEP-in ayrı-ayrı ixtisaslar üzrə tələbələri, o cümlədən BDU-nun nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» liseyinin məzunu, SEP-in I kurs tələbəsi Sevda Cəlilzadə, fakültə  «Şən və hazırcavablar» klubunun üzvləri çıxış edib. Yubiley tədbiri bədii hissə ilə sona çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 30 noyabr 2011-ci il

 


Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA, AzerTac, lent.az.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!