“Solution” hesabatını təqdim edib

31/05/2017

BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərovanın rəhbərliyi ilə fakültənin 11 tələbəsindən ibarət "Solution" komandasının ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət bürosunun təşkil etdiyi “Peer 2 Peer” Facebook challenge layihəsi çərçivəsində ekstremizmlə mübarizə proqramında fəaliyyətinə yekun vurulub. Dörd aylıq fəaliyyətinin hesabatını təqdim edən “Solution” komandası bu müddət ərzində – gender problemi, yaş ayrı-seçkiliyi və fiziki qüsurlu insanlara dəstək məsələləri üzrə aparıdıqları işlərdən, Quba rayonunda “Yaş ayrı-seçkiliyi” və “Gender bərabərliyi” mövzularında keçdikləri təlimlərdən danışıb, gələcək planlarından söz açıb və hazırladıqları sosial videoçarxları tədqim ediblər. Tədbirdə çıxış edən Jurnalistika fakültəsinin dekan əvəzi, dosent Vüqar Əliyev, Amerika səfirliyinin nümayəndəsi Amy Petersen tələbələrin bu tip fəaliyyətini təqdir edərək onlara gələcək işlərində uğurlar arzulayıblar. Dekan əvəzi dosent Vüqar Əliyev bildirib ki, yeni tədris ilindən bu tip fəaliyyət proqramlarına dəstək veriləcək və tələbələrin bu səpkidə fəaliyyətinə şərait yaradılacaq.

Tədbirdə BDU-nun Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli, BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri, dosent Pərvanə İbrahimova, dekan müavinləri - dosent Könül Niftəliyeva və s.e.f.d. Aytəkin Zeynalova, və fakültənin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 31 may 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!