“Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dinin dəyərləridir” mövzusunda konfrans

06/04/2017

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “İslam Həmrəyliyi İli” çərçivəsində “Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dinin dəyərləridir” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə BDU-nun Elm və elmi innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə  açaraqölkədəki mövcud dini durum, dini tolerantlığın tarixi ənənələri, qeyri-ənənəvi cərəyanlarla mübarizə sahəsində din xadimlərinin, ictimaiyyətin qarşısında duran vacib məsələlərdən bəhs edib, uşaq və gənclərin mənəvi inkişafının əhəmiyyətindən danışıb. Bildirib ki, konfrans Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə imzaladığı “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir.

Akademik Vasim Məmmədəliyev islamda milli-mənəvi dəyərlərdən bəhs edib. Sonra Şərqşünaslıq fakültəsinin professoru Nəsrulla Məmmədov “İslamda milli ənənələr və millətlərarası münasibətlər”, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin “Analitika” şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov “İslam elm tarixində Azərbaycan məktəbi” BDU-nun İlahiyyyat fakültəsinin müəllimi Aqil Şirinov “Azərbaycan nümunəsində İslamda tolorentlıq” mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, “İslam Həmrəyliyi İli” ilə əlaqədar Türkiyə və İranın  Azərbaycandakı səfirləri Bakı Dövlət Universitetində olub və bu istiqamətdə keçirilən tədbirlərdə iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 06 aprel 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!