“İslam həmrəyliyinin təbliğ olunması” layihəsi başa çatıb

28/02/2018

Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “İslam həmrəyliyinin təbliğ olunması” adlı layihənin bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan sözügedən layihənin gedişatında əsas məqsəd gənclərin multikultural, islam dəyərlərinin maarifləndirilməsi yönündə həyata keçirilən dövlət siyasətinə gənclər olaraq dəstək vermək, bu istiqamətdə səmərəli fəaliyyətin təşkilində stimullaşdırıcı funksiya icra etmək və gənclərin mövcud problemlərə daha yaxından bələd olub bu istiqamətlərdə müstəqil tədqiqatların aparılmasına yardımçı olmaqdır. Bağlanış mərasimində çıxış edən layihə rəhbəri Nicat Kərimov Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Layihə təlimçisi Mahmud Mahmudovun təqdimatında isə müvafiq mövzuda təlimlər keçirilib. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 28 fevral 2018-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!