İslam Həmrəylik Oyunlarında iştirak etmək istəyən tələbələrlə görüş

29/03/2017

Bu gün Bakı Dövlət Universitetində IV İslam Həmrəylik Oyunlarında könüllü kimi iştirak etmək istəyən ərəb, fars, urdu və s.şərq dilləri üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Tədbiri açan Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bildirib ki, IV İslam Həmrəylik Oyunları ilə əlaqədar artıq bir neçə görüş keçirilib. Bu məsələnin universitet rəhbərliyinin diqqətində olduqunu vurğulayan sədr hazırda 500-dən çox BDU tələbəsinin könüllü kimi əməliyyat komitəsinə kömək etdiyini qeyd edib. Daha sonra çıxış edən 4-cü İslam Oyunları Əməliyyat komitəsinin əməkdaşları CavidƏliiskəndərli , Ülviyyə Nuriyeva, Aytən Hasilova və Ləman Quliyeva tələbələrə könüllülük fəaliyyəti barədə ətraflı məlumat veriblər. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 29 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!