Səfir Paskal Munyen BDU-da olub

22/11/2013

Bu gün Bakı Dövlət Universitetində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Munyen ilə görüş olub. Qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona BDU haqqında məlumat verib və əsasən universitetin beynəlxalq əlaqələrindən, Fransa universitetləri ilə əməkdaşlıqdan bəhs edib.

Öz növbəsində səfir Paskal Munyen əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və tələbə-müəllim mübadiləsini vacib sayıb.

Sonra səfir “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı təqdimat edib. Təqdimatda universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, müəllim və tələbələr iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!