Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb

03/04/2017

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub.  Səfiri yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov Türkiyə universitetləri ilə əlaqələrdən, “ikili doplom” məsələsindən və bu günlərdə qardaş ölkənin 3 ali təhsil ocağı ilə imzalanan müqavilələrdən bəhs edib.

Səfir Erkan Özoral, öz növbəsində,  universitetlər arasında elm-təhsil sahəsində  həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.

Daha sonra səfir Erkan Özoral BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb.

Tələbələrin arzu və istəklərini dinləyən səfir, eyni zamanda problemləri ilə maraqlanıb, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi tövsiyə edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 3 aprel 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!