Sevinc Əliyevanın “Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu” adlı kitabı nəşr olunub

21/01/2013

Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu” adlı dərs vəsaiti nəşr olunub. Kitabda müasir dövr mətbuatının dil və üslub problemləri  araşdırılaraq təhlil edilib. Ayrı-ayrı qəzet səhifələrindən gətirilmiş konkret nümunələr əsasında dilimizin saflığına, təmizliyinə, düzgünlüyünə gətirilən xatalar üzrə çıxarılmış və “mətbuat dili necə olmalıdır?” sualı cavablandırılıb. Vəsaitdə həmçinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikasının Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı da öz əksini tapıb.

Dərs vəsaitindən jurnalistika fakültəsinin tələbələri və eyni zamanda K İV-də çalışanlar istifadə edə bilərlər.

Mətbuat və İnformasiya şöbəsi, 21 yanvar 2013-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!