“Seçki hüququ” adlı seminar keçirilib

30/09/2013

Bakı Dövlət Üniversititeti Tələbə Həmkarlar İttifaqı Komitəsi Hüquq Klubunun təşkilatçılığı ilə 9 oktyabr 2013-cü il  prezident seçkilərinə həsr olunmuş “Seçki hüququ” adlı seminar keçirildi. Tədbirin açılışını edən Bakı Dövlət Üniversititeti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov 1993-cü ildən başlayaraq Azərbaycanda demokratik seçki ənənəsinin formalaşmağa başladığını deyib. Hazırda ölkəmizdə  tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb. Bu günə qədər Azərbaycanda 4 prezident, 4 parlament, 4 referendum və 3 bələdiyyə seçkisi keçirilib. Daha sonra Daşqın müəllim seminarın aktuallığından və gənclərin seçki prosesində iştirakının vacibliyindən danışaraq tədbrin keçirilməsinin əsas məqsədinin tələbələrin seçki hüququ üzrə biliklərinin artırılması, gənclərin seçki prosesində fəal iştirakı, onların hüquqi biliklərinin artırılmasında olduğunu vurğuladı və eksperti təqdim etdi. Seminarın ekspert qonağı qismində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Konstitusiya kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyev çıxış etdi. Ekspert seçki prosesi və seçki hüquqi ilə bağlı gəncləri düşündürən və aktual olan məsələləri aydınlaşdırdı. Dünyanın bir sıra ölkələrində seçkilərin keçirilmə prosesi ilə bağlı məlumatları və öz müşahidələrini seminar iştirakçılarına çatdırdı. Tədbirdə seçmək və seçilmək hüququndan istifadə etmənin mexanizmi, seçki hüququnun qanunvericilik aktlarında təsbiti haqqında daha ətraflı və təcrübi biliklər əsasında məlumat verildi. Seminarın sonunda iştirakçıların sualları Sübhan müəllim tərəfindən cavablandırıldı.

Mətbuat və informasiya şöbəsi, 30 sentyabr, 2013.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!