S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyasının şagirdləri Şərqşünaslıq fakültəsinin maddi-texniki bazasl ilə tanış olub

30/11/2015

Sabunçu rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın ərəb dili müəllimləri və ərəb dilini öyrənən yuxarı sinif şagirdləri Şərqşünaslıq fakültəsində olublar. Dəyirmi masa ətrafında keçirilən görüşdə fakültə dekanı professor Elxan Əzizov qonaqları salamlayıb, onlara Şərqşünaslıq fakültəsinin yaranması, tarixi keçmişi və bugünki fəaliyyəti barədə geniş məlumat verib. Şərq ölkələri üzrə regionşünaslıq ixtisasının real imkan və perspektivi, ixtisasa dair tədris olunan fənlər, Şərq dilləri və ədəbiyyatının öyrənilməsi və tədqiqi haqqında danışılıb. Daha sonra  S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın müəllim və şagirdlərifakültənin maddi-texniki bazası, kitabxanası ilə əyani tanış olublar. Onlar linqafon kabinetlərində, “Şərq” oxu zalında, dərs auditoriyalarında, ibri və urdu dili fənn kabinetlərində, Koreya dili və mədəniyyəti mərkəzində olub, bir sıra dil dərslərinin gedişini izləyiblər. Sonda gimnaziyanın müəllim və şagirdləri səmimi qəbula və yaradılan şəraitə görə fakültə kollektivinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!