Saytımızın təqdimatı keçirildi

18/02/2011

Bu gün Mətbuat və İnformasiya şöbəsinin yeni saytının (www.press.bsu.edu.az) təqdimatı keçirilib. Tədbirdə rektor, akademik Abel Məhərrəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, televiziya və media qurumlarının rəhbərləri, millət vəkilləri və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Tədbiri giriş söz ilə açan universitetin rektoru Abel Məhərrəmov bildirib ki, 1875-ci ildə əsası qoyulan Azərbaycan mətbuatının çox böyük bir tarixi var. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə senzura ləğv olunduqdan sonra mətbuat daha da inkişaf etdi: “Təbii ki, bu gün bütün sahələrdə olduğu mətbuatda da bəzi problemlər var. Bu gün reallıq ondan ibarətdir ki, milli ideologiya güclənməli, qlobal cəmiyyətə necə üzv olma məsələləri ortaya qoyulmaldır. Bəzən bir çox hallarda milli-mənəvi dəyərlərə xələl gəlir. Biz çalışmalıyıq ki, mətbuatımız milli-mənəvi dəyərləri saxlanmaqla, yeni bəşəri dəyərlərdən istifadə etməklə müasir cəmiyyətə uyğunlaşsın. Tədbiri keçirməzdən öncə Azərbaycan mətbuatında BDU-nun nə dərəcədə işıqlandırıldığı ilə maraqlandıq. Bu zaman məlum oldu ki, mətbuat Bakı Dövlət Universitetinin fəaliyyətinə hər zaman böyük diqqət və maraq göstərir, daima universitetlə bağlı müxtəlif məlumatlar dərc edir. Mətbuat tərəfindən göstərilən bu diqqət və qayğını biz də qiymətləndirmək qərarına gəldik. Onların sayı 150-200-dən çox idi. Ancaq biz onlardan ən yaxşılarını, bizimlə mütəmadi olaraq işləyən 50 nəfəri seçib qiymətləndirəcəyik. Mükafatlandırılanlardan 8 nəfər “Univesitetin dostu”, digərləri isə bizimla daim işlədiyinə görə müxtəlif mükafatlara layiq görülüb.
Tədbirin davamında Mətbuat Şurasının sədri Əflatun Amaşov, Az.TV QSC-nin sədri Arif Alışanov, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, AzərTAC-ın baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı “Universitetin dostu” mükafatı ilə təltif olunublar.
Bundan sonra universitetin Mətbuat və İnformasiya Şöbəsinin müdiri Pərvanə İbrahimova yeni sayt barədə ətraflı məlumat verib. O bildirib ki, www.press.bsu.edu.az saytında son 10-12 il ərzində Bakı Dövlət Universiteti haqqında kütləvi informasiya vasitələrində işıq üzü görmüş materialların məcmusudur. Onun sözlərinə görə, toplanmış bütün materiallar aidiyyatı başlıqlar altında verilib.
Daha sonra BDU-nun fəaliyyətini işıqlandıran jurnalistlərə hədiyyələr, rektorun əmri ilə BDU-nun jurnalistika fakültəsinin bir qrup əməkdaşına isə diplom və pul mükafatları verilib.
Tədbirin sonunda Mətbuat Şurasının sədri Əflatun Amaşov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, ANS-in vitse-prezidenti Mirşahin Ağayev çıxış edərək öz təbriklərini və təşəkkürlərini çatdırıblar.
Onlar qeyd ediblər ki, verilən bu mükafatlar universitetin fəaliyyətinə qarşı məsuliyyəti daha da artırır. Çünki Bakı Dövlət Universiteti çox qədim və müqəddəs bir məkan, flaqman ali təhsil ocağıdır. Universitet ildən-ilə inkişaf edir və o, artıq beynəlxalq elm ocaqları arasında mühüm yer tutur.

Mətbuat və İnformasiya şöbəsi, 18 fevral 2011-ci il.

(Təqdimat mərasimi AzərTAc, APA, modern.az, news.mail.ru, 1news.az, SİA, trend.az, navigator.az, anspress.az, lent.az, novosti.az, azeri.ru, AZE.az, analitika.az informasiya agentliklərində və xəbər portallarında, "Azərbaycan", “Xalq qəzeti”, "Respublika", "Yeni Azərbaycan", "Ekspress", "525-ci qəzet", "Azərbaycan müəllimi", "Yeni Müsavat", "İki sahil", "Elçi" , "Zerkalo", "Komsomolskaya pravda" qəzetlərində də yayımlanıb – 18-19 fevral 2011-ci il).

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!