Saloniki Aristotel Universitetinin rektoru İoannis Milopulos BDU-da olub

01/06/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yunanıstan Respublikasının Saloniki Aristotel Universitetinin
rektoru İoannis Milopulosu qəbul edib. Görüş zamanı hər iki rektor çıxış edib. Akademik Abel Məhərrəmov qonaqlara universitet haqqında ətraflı məlumat verib.Yunanıstan Respublikasının Saloniki Aristotel Universitetinin rektoru İoannis Milopulosu da öz növbəsində təmsil  etdiyi universitet haqqında danışıb. Universitetlərarası əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşün sonunda   əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə müəllim və tələbələrin iştirakı ilə müxtəlif səviyyələrdə konfrans, seminar, təcrübə və treninqlərin, yaradıcılıq sahəsində müzakirələrin keçirilməsi, elmi-tədqiqi layihələrin, elmi-metodiki və tədris proqramlarının birgə hazırlanması və həyata keçirilməsi, tədris proqramlarının nəşrində birgə iştirak, tədqiqat işlərinin aparılması və s. nəzərdə tutulub. Bu məqsədilə müəllim, gənc alim və işçilərin, müxtəlif fakültələrin tələbələrinin, həmçinin ali təhsil müəssisəsinəqədərki hazırlıq şöbələrinin  dinləyicilərinin mübadiləsi, mütəxəssis, gənc alim, tədqiqatçı və doktorantlar (aspirantlar) üçün təcrübələrin təşkili həyata keçiriləcək.

Görüşdən sonra qonaqlar tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.

Mətbuat və İnformasiya şöbəsi, 1 iyun 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!