SABAH tələbələrindən örnək addım

30/03/2017

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs SABAH qrupu tələbəsi Nigar Nuriyeva maraqlı bir layihəyə imza atıb. N.Nuriyeva tələbə yoldaşı - BDU-nun Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs SABAH qrupu tələbəsi Gülşən Sultanlı ilə birlikdə Quba rayonunun Xanəgah kəndində təhsil alan məktəblilər üçün tədris vasitələrini  toplamaq məqsədilə bir araya gəliblər. Qısa müddət ərzində tələbələr tərəfindən 400-ə yaxın kitab, test, hazırlıq vəsaitləri toplanılıb. Layihənin həyata keçirilməkdə əsas məqsədin potensiallı, lakin maddi sıxıntılar səbəbiylə təhsil prosesində çətinliklər yaşayan məktəblilərə dəstək vermək olduğunu bildirən Gülşən Sultanlı onu da əlavə edib ki, məktəbli ikən eyni çətinliklərlə qarşılaşdığı üçün belə bir layihəni həyata keçirməyi özünə borc bilib. Layihəyə dəstək olan tələbələr qısa müddətdə lazimi tədris materialları toplayıb Xanagah məktəblilərinə təqdim ediblər. Nigar Nuriyeva və Gülşən Sultanlı layihənin davamlı olacağını, gələcəkdə də yardıma ehtiyacı olan məktəblilər üçün belə addımları təkrarlayacaqlarını bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 30 mart 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!