SABAH qrupu tələbələri ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi konfransda

06/05/2016

BDU-nun SABAH qrup tələbələri  universitetdə ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş “Coğrafi problemlərin həllində innovativ texnologiyalardan istifadə” mövzusunda elmi konfransda iştirak ediblər.  BDU-nun Elm və innovasiya üzrə  prorektoru, professor Aydın Kazımzadə konfransı açaraq onun işinə uğurlar arzulayıb. Coğrafiya fakültəsinin dekanı, professor  Fərda İmanov və professor-müəllim heyətinin iştirak etdiyi konfransda, eyni zamanda bakalavr və magistrantlar, Bakı Dövlət Universiteti SABAH qrupları Coğrafiya ixtisasının C201S qrup tələbələri də iştirak ediblər.

SABAH tələbələrindən Nigar Hüseynovanın “Azərbaycanın müasir dövrdə demoqrafik vəziyyəti”, Turanə Əliyevanın “Azad iqtisadi zonalar və onun əhəmiyyəti”, “Brilyantın növləri və yayıldığı coğrafi ərazilər”, Fatimə Abbaszadənin “Tərtər rayonunun yaranması və inkişafının əsas istiqamətləri”,  Leyla Hüseynlinin “Azərbaycanda turizmin inkişaf problemləri” mövzusundakı məruzələri maraqla qarşılanıb.

Sonda Azərbaycan Coğrafiya Cəmiyyətinin BDU filialı coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti “Ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsinin nəticələrini açıqlayıb. Nigar Hüseynova həvəsləndirici mükafata layiq görülüb, Turanə Əliyeva isə müsabiqənin qalibi olub.

Mətbuat və informasiya şöbəsi, 06 may 2016-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!