SABAH qruplarının “TechSOS” komandası “Microsoft Imagine Cup 2016”nın milli final mərhələsində qalib olub

18/05/2016

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, «Microsoft Azərbaycan» və “Nar Mobile” tərəfindən təşkil olunmuş “Microsoft Imagine Cup 2016” adlı irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin milli final mərhələsi keçirilib.
Müsabiqə çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar “İnnovasiya”, “Sosial layihələr” və “Oyunlar” kateqoriyaları üzrə çıxış ediblər. “Dünya vətəndaşlığı ” nominasiyasında SABAH qruplarının tələbələrindən ibarət “TechSOS” komandası qalib gəlib. Komanda tərkibində BDU-nun kompüter elmləri ixtisasında təhsil alan III kurs SABAH qrup tələbələri - Aytac Ağabəyli və Günay Abdullayeva çıxış ediblər. Onlar 3 hissədən ibarət olan (smartfonlar üçün tətbiq, bulud tətbiqi və avadanlıq) yıxılmanın müəyyən edilməsi sistemini təqdim ediblər. Komandanın digər üzvləri Nailə İsmayılova ADNSU-nun Sənan Quluzadə isə ATU-nun SABAH tələbələridir.
Qeyd edək ki, təmsilçilər müsabiqənin beynəlxalq yarımfinalında iştirak etmək imkanı qazanıblar. Belə ki, bu mərhələdə onlayn səsvermə nəticəsində uğur qazanan komandalar Azərbaycanı 2016-cı ilin iyulunda müsabiqənin beynəlxalq finalında təmsil edərək, əsas mükafat uğrunda mübarizə aparcaqlar.
Xatırladaq ki, “Microsoft Imagine Cup” - innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Müsabiqənin məqsədi Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq və onların əmək bazarının tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün şərait yaratmaqdır.

Mətbuat və informasiya şöbəsi, 18 may 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!