SABAH qrup tələbələri Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində

14/06/2016

Bakı Dövlət Universitetinin coğrafiya ixtisası üzrə SABAH qruplarında təhsil alan III kurs tələbələri Azərbaycanın iqtisadi və sosial coğrafiyasi fənninin tədrisi zamanı əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqini möhkəmləndirmək məqsədilə fənn müəllimləri Qoşqar Məmmədovun rəhbərliyi altında Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiya ediblər. Tələbələr ekskursiya zamanı günəş panellərin işlənməsi, prinsipləri, külək stansiyalarının növləri və texnologiyası haqqında məlumatlarlar əldə ediblər. 
Qeyd edək ki, hazırda dünyanın qabaqcıl ölkələrində alternativ enerji mənbələrinə böyük maraq göstərilir.Azərbaycanda da alternativ, xüsusilə də günəş və külək enerjisi mənbələri var. 38 hektar ərazidə inşa olunan Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.

Mətbuat və informasiya şöbəsi, 14 iyun 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!