“SABAH” ın professor-müəllim heyəti Əbu Dabidə təlimlərdə iştirak edib

18/02/2016

BDU-nun “SABAH” proqramının professor-müəllim heyəti Paris Sorbon Universiteti-Əbu Dabidə təlimlərdə iştirak edib. Fevralın 9-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “SABAH” (Savadlı, bacarıqlı və hazırlıqlı) proqramının professor-müəllim heyəti üçün keçirilən təlimlərin açılışı olub. Universitetin rektoru professor Erik Fuaşınnitqindən sonra çıxış edən səfir ali təhsil ocağının rəhbərliyini və “SABAH” proqramının iştirakçılarını salamlayaraq, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edib.

Səfir Paris Sorbon Universiteti-Əbu Dabinin “SABAH” proqramı çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarının professor-müəllim və tələbə heyətləri ilə praktiki əməkdaşlığı bundan sonra da davam etdirəcəyini, ölkəmizin təhsil sisteminə öz dəyərli töhfələrini verəcəyini söyləyib. Azərbaycan səfirliyinin buişdə yaxından iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra TN  “SABAH” qruplarının müəllimləri ilə iş üzrə rəhbəri İlhamə Rəhimova çıxış edib, universitetin MDB ölkələri (Ermənistan istisna olmaqla) ilə iş üzrə müşaviri İmran Muxtarov ikitərəfli əməkdaşlığa dair geniş təqdimatla çıxış edib.

Səfər çərçivəsində müəllimlər Paris Sorbon Universiteti- Abu Dabi, Müəllimləri Təkmilləşdirmə İnstitutu və Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyində  müxtəlif görüşlərdə iştirak ediblər. Eyni zamanda,  professor-müəllim heyətinə Paris Sorbon Universiteti-Abu Dabinin professorları tərəfindən “Təhsildə rəhbərlik və idarəetmə”, “Effektiv və inkişaf edən təhsilin idarə olunması”, “Peşəkarlığin inkişafı: fayda və dizayn”, “Professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi üçün elektron portfolio” mövzularında  təlimlər keçirilib.

Qeyd edək ki, tədbirin açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 18 fevral 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!