SABAH İcra Komitəsinin rəhbəri ilə BDU-nun SABAH qrup tələbələrinin görüşü keçirilib

07/10/2016

Azərbaycan Respublikasının Təhsil Nazirliyi SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə ilə Bakı Dövlət Universitetinin SABAH qrup tələbələrinin görüşü keçirilib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva təhsil sahəsində keçirilən islahatların, o cümlədən SABAH tələbələri ilə keçirilən görüşlərin əhəmiyyətindən bəhs edib.

SABAH  İcra Komitəsinin sədri Şahin Seyidzadə isə tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. O, tələbələrin yay istehsalat təcrübələrindən, növbəti semestrdə istehsalat təcrübələrinin  keçirilməsi məqsədilə 200-dən artıq şirkətlə əlaqələrin yaradılmasından danışıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi,  07 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!