Rza Talıbovun «Asiya ölkələri beynəlxalq münasibətlər sistemində» adlı kitabının təqdimatı keçirilib

23/09/2015

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfədoktoru Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış «Asiya ölkələri beynəlxalq münasibətlər sistemində» adlı kitablarının təqdimat mərasimi keçirilib.

Tədbiri açan fakültənin dekanı, professor Zeynal Həsənalıyev altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitabın əhəmiyyətindən danışaraq, onu ali məktəb tələbələri üçün faydalı dərslik kimi təqdim edib. Bildirib ki, Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi vəəhəmiyyəti təqdim olunan kitabda, eyni zamanda, beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də kitabında geniş yer ayrılıb.

Çıxış edən dosent Nərgiz Məmmədzadə bildirib ki, kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri iləəlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş və hərtərəfli tədqiq olunub ki, bu da tələbələr və bu sahədə araşıdrma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.

Dosent Qurban Məmmədov kitabın digər bölmələrinə diqqət çəkib. Qeyd edib ki, kitabın Beynəlxalq münasibətlər və Yaponiya” bölməsi maraqlı mövzular üzrə təqdim olunur. Burada dünya siyasətinin cazibə qüvvəsi kimi xarakterizə edilən Yaponiyanın ABŞ, ÇXR, Rusiya və digər Cənub-Şərqi Asiya ölkələri iləəlaqələrindən geniş söhbət açılır. Əsərin müəllifi Azərbaycan-Yaponiya əməkdaşlığı məsələlərinə dəətraflı nəzər salır, ölkəmizin Yaponiya ilə siyasi-diplomatik əlaqələri, təhsil sahəsindəəməkdaşlığı, turizm, səhiyyə, idman, eləcə də mədəni vəədəbi əlaqələrindən ətraflı bəhs edir. Kitabın “Koreya Respublikası dünya siyasətində” adlanan xüsusi fəslində Koreya Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri, beynəlxalq təşkilatlardakı nüfuzu, dünya siyasətindəki mövqeyi, həmçinin Azərbaycanın Koreya iləəlaqələri sistemli şəkildə təhlil olunur.

Dosent Kərəm Məmmədov isə bildirib ki, müəllif dünya siyasətində gedən proseslərin işığında Sinqapur, Malayziya və Vyetnam kimi ölkələri siyasi-iqtisadi, eləcə də diplomatik və mədəni əlaqələr cəhətdən geniş təhlil edib. Qeyd olunan ölkələrin Azərbaycanla ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələləri geniş araşdırmaya cəlb edilib.

Beynəlxallq münasibətlər kafedrasının müdiri, proefssor Ağalar Abbasbəyli müəllif tərəfindən Azərbaycan Respublikasının Çin, Yaponiya, Koreya, Sinqapur, Malayziya və Vyetnam kimi Asiya ölkələri iləəməkdaşlığına xüsusi diqqət yetirilməsinin əsərin maraq doğuran cəhətlərindən birinə çevrildiyini diqqətəçatdırıb. Kitabda ayrıca yarımfəsillərdə ölkəmizin qarşılıqlı iqtisadi, siyasi, diplomatik, eləcə də mədəni vəədəbi əlaqələri elmi təhlil süzgəcindən keçirilib. R.Talıbov Asiya ölkələrinin Azərbaycan Respublikası iləəlaqələrindən bəhs edərkən bu istiqamətdə ölkəmizdə müstəqillik dövründə ardıcıl olaraq məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini geniş şərh edib. Müəllifin elmi qənaətində dünya siyasətinin əsas mərkəzlərindən birinə çevrilmiş Asiya iləəməkdaşlıq Azərbaycan dövlətinin yeni tarixi epoxadakı aparıcı istiqamətlərindən biri kimi əsaslandırılıb. Adları çəkilən region ölkələrinin tarixinə də qısa ekskurs edilən əsərdə müəllif çoxsaylı elmi və elmi-kütləvi mənbələrə istinad edərək məqsədyönlü şəkildə oxucuya dərin məzmunlu və hərtərəfli bilik vermək missiyasını uğurla yerinə yetirib. Kitabın mənbəşünaslıq bazası geniş və zəngindir.

Sonda çıxış edən kitabın müəllifi Rza Talıbov təqdimat mərasiminə və kitab haqqında rəylərinə görə təşəkkürünü bildirib. Kitabların davamının olacağını bildirən müəllif çıxışlarda qaldırılan məsələlərin gələcək araşdırmalarında nəzərə alacağını da diqqətə çatdırıb.

Mətbuat və informasiya şöbəsi, 23 sentyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!