Rusiyanın Federal Məclisinin Federasiya Şurasının sədrinə BDU-nun fəxri doktoru adı verilib

09/04/2012

Bu gün Bakı Dövlət Universitetində Rusiyanın tanınmış siyasətçisi və diplomatı, Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

Çıxış edən rektor, akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı məlumat verib. Məlum olub ki, Sovet İttifaqı və Rusiya Federasiyasının tanınmış dövlət xadimi, siyasətçisi və diplomatı  Matvienko Valentina İvanovna 21 sentyabr 2011-ci il tarixindən Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri vəzifəsini yerinə yetirir. O, 7 aprel 1949-cu ildə anadan olub. Leninqradın Kimyəvi Əczaçılıq İnstitutunun məzunu olan  Matvienko Valentina İvanovna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin İctimai Elmlər Akademiyasını, eyni zamanda, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

1989-cu ildə SSRİ xalq deputatı seçilib. SSRİ Ali Sovetinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri olub. 1991-1998-ci illərdə diplomatik fəaliyyət göstərib, fövqəladə və səlahiyyətli səfir dərəcəsi var.  Rektor, Matvienko Valentina İvanovnanın 1998-2003-cu illərdə Rusiya Federasiyasının Nazirlər Şurası sədrinin müavini, 2003-2011-ci illərdə Sankt-Peterburqun qubernatoru vəzifəsini tutduğunu da diqqətə çatdırıb. 2001-ci ilin sentyabrında Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədri seçilib. Həmçinin MDB-yə üzv ölkələrinin Parlamentlərarası Assambleyanın Şurasının sədridir.

Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan söhbət açan rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin bu münasibətlərin inkişaf etməsinə mühüm töhfələr verdiyini qeyd edib və Bakı Dövlət Universitetinin Rusiya Federasiyasının M.V.Lomonosov adına Moskva Dövlət, Sankt-Peterburq, Dağıstan, İrkutsk, Kazan, Çelyabinsk, Həştərxan, Ufimsk və başqa universitetləri ilə əməkdaşlıgından danışıb. Kazanın Üzvü və Fiziki Kimya üzrə Elmi Mərkəzi və İnnovativ İnkişaf üzrə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, MDB-yə üzv dövlətlərinin nano texnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzi ilə işgüzar əlaqələrin olduğunu qeyd edən rektor M.V.Lomonosov adına Moskva Dövlət Universiteti ilə birgə reallaşdırılan layihələrdən, Avrasiya Universitetlər Assosiasiyası çərçivəsində görülən ortaq işlərdən söz açıb. Bakı Dövlət Universiteti  haqqında da məlumat verən rektor universitetin 93 illik tarixi ərzində onun çox şöhrətli məzunları, görkəmli alimləri, dünya səviyyəsində tanınan fəxri doktorlarının olduğunu diqqətə çatdırıb. Sonra Bakı Dövlət Universitetinin Elmi Şurasının 6 aprel 2012-ci il tarixli iclasının qərarını elan edib. Məlum olub ki, Matvienko Valentina İvanovna Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində fəal iştirakına görə Bakı Dövlət Universitetinin  Fəxri Doktoru adına layiq görülüb.

Bundan sonra Matvienko Valentina İvanovnaya fəxri doktor diplomu, mantiya və hədiyyələr təqdim olunub. Çıxış edən Matvienko Valentina İvanovna BDU-nun fəxri doktoru olmasından məmnun olduğunu qeyd edərək bunu, ölkələrimizin elm və təhsil sahəsindəki əməkdaşlığa böyük önəm verdiyinin simvolu kimi qiymətləndirdiyini bildirdi. İki ölkə arasındakı əlaqələrdən danışan Valentina Matvienko Rusiya-Azərbaycan partnyorluğunun Xəzər və Zaqafqaziya bölgəsində sabitlik, sülh və təhlükəsizliyinin əsas faktoruna çevrildiyini  söylədi.

O, ölkələrinin gələcəyi, demokratiya, gender problemi və bir çox başqa məsələlər ilə bağlı fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsi, 09 aprel, 2012-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!