Rusiya İstintaq Komitəsinin sədri BDU-da mühazirə oxuyub

16/10/2015

Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, Rusiyanın «Əməkdar hüquqşünası», professor Aleksandr Bastrıkinin Bakı Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti ilə görüşü keçirilib. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov görkəmli dövlət xadimi Adeksandr Bastrıkinin yenidən universitetə gəlişini yüksək qiymətləndirib, bu görüşün universitet kollektivi, xüsusən tələbələr üçün əhəmiyyətli olacağını bildirib.

Rektor Rusiya İstintaq Komitəsinin sədri  Aleksandr Bastrıkin və Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən imzalanmış “Əməkdaşlıq haqqında” sazişdən danışaraq bunun ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli təsir edəcəyini bildirib.

Rektor professor A.Bastrikinin dövlət və hüququn müxtəlif sahələri ilə bağlı 120-dən artıq elmi əsərin müəllifi olduğunu və təcrübəsini tədbirdə iştirak edən gənclər və tələbələrlə bölüşməsinin faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra qonağın əvvəlki illərdə BDU-da olduğunu əks etdirən qısa video-rolik nümayiş etdirilib.

Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov A.Bastrıkinin tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti ilə bağlı çıxış edib.

Sonra professor Aleksandr Bastrıkin "Rusiya Federasiyası İstintaq Komitəsinin müasir mərhələdə fəaliyyəti haqqında: əsas suallar, problemlər və onların həlli yolları. Beynəlxalq əməkdaşlıq. Hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması" mövzusunda məruzə edib və hüquq fakültəsi tələbələri və müəllimlərinin çoxsaylı suallarını cavablandırıb.

Sonda Aleksandr Bastrıkin rektor Abel Məhərrəmovu Rusiya Federasiyası İstintaq Komitəsinin xatirə medalı ilə təltif edib.

Qeyd edək ki, görüşdə Baş prokurorun 1-ci müavini Rüstəm Usubov, Rusiya Federasiyasının İstintaq Komitəsinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi Oleq Mixaylov, Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisləri - Kamal Qılıcov, Erkin Əlixanov, o cümlədən professor İlham Rəhimov da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 16 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!