Rusiya Rektorlar Birliyinin X qurultayı və Viktor Sadovniçinin təşəkkür məktubu-VİDEO

07/11/2014

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Rusiya Rektorlar Birliyinin X qurultayı keçirilib.Tədbirdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib. Qurultayda ali təhsil sisteminin inkişaf məsələləri, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, təhsilinin keyfiyyətinin artırılması üzrə tədbirlər, eləcə də ali məktəbdə elmin rolunun möhkəmləndirilməsi diqqət mərkəzində olub. Rektorların sayca X yubiley tədbirində iştirak etməkdən məmnunluq duyduğunu ifadə edən V.Putin qurultayda praktik olaraq ölkənin bütün ali məktəb rəhbərliklərinin təmsil olunduğunu, bu sistemdə 300 min insanın çalışdığını, 5.5 milyon tələbənin təhsil aldığını bildirib. Dövlət başçısı öz çıxışında qeyd edib ki, ali təhsil sistemi ölkənin güclü intellektual resursu olaraq qalmaqdadır, bu sistem yeni biliklər yaradır. Son illər milli universitetlərin zamanın tələblərinə uyğun inkişafı üçün çox işlər görülüb, onlar daha çox rəqabətqabiliyyətlidirlər.

Daha sonra çıxış edən MDU-nun rektoru, akademik  Viktor Antonoviç Sadovniçi qurultayın ölkə həyatı, təhsil ictimaiyyəti üçün xüsusi əhəmiyyətini vurğulayaraq tədbirdə praktik olaraq Rusiyanın bütün ali məktəb rektorlarının, bundan əlavə Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan və b. ölkələrdən olan nümayəndələrin də iştirak etdiyini bildirib. O, Rusiya Rektorlar Birliyi tərəfindən işlənib hazırlanmış “Yeni Rusiya üçün yeni universitetlər” təhsil doktrinasının təhsilin keyfiyyəti, ali təhsil sistemində elmin inkişafı,yeni iqtisadi reallıqlar şəraitində universitetlərin inkişafı, təhsil və tərbiyə, humanitar biliklərin rolu, istedadların axtarışı və onların dəstəklənməsi, dünya təhsil məkanında Rusiya ali məktəblərinin yeri kimi 6 mühüm istiqaməti əhatə etdiyini qeyd edib. V. Sadovniçi universitetlər nəzdində istedadlı uşaqlar üçün xüsusi internat-məktəblərin yaradılması təklifi ilə çıxış edib. O, mühəndislərin 6, müəllimlərin 5 il ərzində hazırlanması təcrübəsinin zəruriliyini bildirib.

Qeyd edək ki, Rusiya Rektorlar Birliyinin X qurultayında iştirak edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, eyni zamanda bölmə iclaslarında iştirak edərək qaldırılan məsələlərə öz münasibətini bildirib.

MDU-nun rektoru, akademik Viktor Antonoviç Sadovniçi qurultaya qatıldığına və bölmə iclaslarında fəal iştirakına görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndərib.

Məktubda deyilir: “Rusiya ali məktəblərinin fəaliyyətinə göstərdiyiniuz diqqətə və 30 oktyabr 2014-cü il tarixində Moskva Dövlət Universitetində keçirilmiş  Rusiya Rektorlar Birliyinin X qurultayında şəxsən iştirak etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Uzun illərdir ki, ölkələrimzin ali təhsil müəssisələrini dostluq əlaqələri, ali təhsilin və elmin inkişafı məsələlərində birgə fəaliyyət birləşdirir. Biz Rusiya və Azərbaycan təhsil sisteminin qarşısında duran ümumi məsələləri həll edirik və gələcək əməkdaşlığımızın daha səmərəli olacağına əminliyimi ifadə edirəm”.

Tədbiri bu linkdən izləyə bilərsiniz - https://www.youtube.com/watch?v=ONN0nu-uT1A

Mətbuat və İnformasiya şöbəsi, 07 noyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!