Rusiya Gənclər İctimai Palatasının nümayəndələri BDU-da olublar

22/07/2011

Rusiya Gənclər İctimai Palatasının (GİP) nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. Qonaqlar ölkəmizə Rusiya Azərbaycan Gənclər Təşkilatının, şəxsən onun prezidenti Leyla Əliyevanın dəvəti ilə gəliblər. Nümayəndə heyətinə Rusiyanın müxtəlif universitetlərin tələbələri, ictimai-siyasi təşkilatların və dövlət qurumlarının üzvləri daxildir. Nümayəndə heyətini BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev, Elm və innovasiya üzrə prorektoru, professor Aydın Kazımzadə qəbul edib. Görüşdə Xarici tələbələrlə iş üzrə Fakültəsinin dekanı Gülheyran Rəhimova və BDU-nun bir qrup tələbəsi də iştirak edib. Söhbət zamanı iki ölkə universitetləri arasındakı əlaqələrin intensivləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi və digər məsələlərə toxunulub. Rusiya tələbələri BDU-nun tədris proqramları və təhsilin ödənişli olması ilə, BDU-da tədris olunan xarici dillərlə də maraqlanıblar. Bütün suallara dolğun cavablar verilib. Professor Sani Hacıyev Dağlıq Qarabağ münaqişəsini qeyd etdi. Məsələnin həlli BDU-da oxuyan xarici tələbələrin sayını çoxaldardı. Hazırda universitetin yataqxanalarında Ermənistanın işğal etdiyi torpaqlardan gəlmiş qaçqınlar məskunlaşıb. Öz növbəsində, rusiyalı qonaqlar BDU-nun tələbələrinin suallarını cavablandırıblar. Rusiya GİP-nın nümayəndə heyəti BDU-nun elmi-tədqiqat mərkəzlərində, idman kompleksində olublar.

Mətbuat və İnformasiya şöbəsi, 22 iyul  2011-ci il.

(Material APA, Lent.az, Modern.az, SalamNews informasiya agentliklərində, xəbər portallarında və "525-ci qəzet"də də yayımlanıb - 22-23 iyul 2011-ci il )

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!