Rus poeziyası gecəsi

05/05/2017

Mayın 5-də BDU- nun Rus mərkəzində Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Rus poeziyası gecəsi keçirilib. Tədbiri təbiət fakültələri üzrə rus dili kafedrası və Rus mərkəzinin rəhbəri Arzu Məmmədova təşkil ediblər. Tədbirin əvvəlində giriş sözü ilə kafedra müdiri prof.M.M. Cəfərov çıxış edib. O, qeyd edib ki, ulu öndər H. Əliyev istəyirdi ki, bizim gənclər Şekspiri ingilis dilində, Nizamini Azərbaycan dilində, Puşkini isə rus dilində oxusunlar.

Tədbirdə 20-dən çox I kurs tələbəsi iştirak edib. Onlardan fizika fakültəsinin tələbəsi Quliyeva Ruhanə ümumilli lider H.Əliyevin həyatından, mexanika-riyaziyyat fakültəsinin tələbəsi Aslanova Leyla isə rus dilinin əhəmiyyətindən danışıblar. Digər tələbələr rus və Azərbaycan şairlərinin əsərlərini söylədilər. Mexanika-riyaziyyat fakültəsindən 10 nəfər, kimya fakültəsindən 6 nəfər, biologiya və fizika fakültələrinin hərəsindən 3 nəfər, tətbiqi riyaziyyat və kibernetika fakültəsindən 2 nəfər çıxış ediblər. Sonda tədbir iştirakçiları mükafatlandırılıblar.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!