Rus Mərkəzinin təşkilatçılığı ilə seminar

31/05/2011

“Rusiya dünyası” Fondunun tədbirləri çərçivəsində Bakı Dövlət Universitetinin “Rus Mərkəzi”ndə Moskvanın A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun və BDU-nun filologiya fakültəsinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib. BDU və Bakı Slavyan Universitetinin müəllim, tələbələri, Azərbaycan Texniki Universitetinin rus dili kafedrasının nümayəndələrinin iştirak etdiyi seminarda Azərbaycanda rus dilinin yeri və rolu, elm sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi barədə söz açılıb. “Rus Mərkəzi”nin rəhbəri, professor Fikrət Rzayev Mərkəzin fəaliyyəti barədə seminar iştirakçılarına məlumat verib. Daha sonra professor Tatyana Savçenko “Müasir rus ədəbiyyatında yeni adlar və hadisələr”, dosent Alla Konstantinova “Müasir rus dilində gerçək proseslər”, professor Elxan Əzimov “Rus dilinin xarici dil kimi öyrədilməsində yeni üsullar və texnologiyalar” adlı məruzələrlə çıxış ediblər. Tədbirdə rus dilində baş verən dəyişikliklər barədə diskussiya aparılıb, böyük rus şairlərinin şeirləri səsləndirilib, suallar cavablandırılıb. Moskvalı qonaqlar, həmçinin, dilçilik, klassik və müasir rus ədəbiyyatı, həmçinin humanitar və təbiət elmləri fakultələrinin rus dili kafedralarında ustad dərsləri keçiriblər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 31 may 2011-ci il.

(Material "Nedelya" qəzetində də yayımlanıb)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!