“Rus Mərkəzi”nin rəhbəri Arzu Məmmədova Sankt-Peterburgda diplomla təltif edilib

06/11/2013

Noyabrın 3-də Sankt-Peterburgda “Rusiya dünyası”nın VII Assambleyasının təntənəli açılışı olub. 600-dən çox adamın iştirak etdiyi qurumun bu dəfəki İllik toplantısı slavyan əlifbasının 1150 illiyinə həsr olunub. Tədbirdə Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonov və Sankt-Peterburg Dövlət Universitetinin prezidenti Lyudmila Verbitskaya çıxış ediblər. Açılış mərasimində, həmçinin, "Rusiya dünya"sının 2013-ci ildə gənclər arasında elan etdiyi “Söz bizimdir” sənət müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqənin keçirilməsinə fəal kömək etmiş 4 “Rus mərkəz”inin başçılarına diplomlar təqdim edilib. Onların arasında Bakı Dövlət Universitetinin “Rus Mərkəzi”nin rəhbəri Arzu Məmmədova da olub.

Mətbuat və informasiya şöbəsi, 06 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!