Şərqşünaslıq fakültəsinin müəllimi II Beynəlxalq Qahirə Forumunda iştirak edib

23/05/2017

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Heybət Heybətov Misir Ərəb Respublikası Ali Mədəniyyət Şurasının “Mətnlə dialoq – Əbdülqadir əl-Qit dövrü”  mövzusunda keçirilən  Ədəbi Tənqidin II Beynəlxalq Qahirə Forumunda iştirak edib. 70-dən çox professor-müəllim heyətinin iştirak etdiyi forumda çıxış edən Heybət Heybətov beynəlxalq foruma ev sahibliyi etdiyi üçün Misir Ərəb Respublikasının Ali Mədəniyyət Şurasına öz minnətdarlığını bildirib. Sonra Azərbaycan ədəbi tənqid tarixinin orta əsrlərdən başlayaraq müasir dövrədək keçdiyi inkişaf yolu barədə məlumat verib. Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyini xatırladan H.Heybətov ölkəmizin müxtəlif xalqlar və cəmiyyətlərin nümayəndələrini bir araya gətirərək multikultural dəyərləri bölüşən əsas mədəniyyət mərkəzlərindən biri olduğunu bildirib.

H.Heybətov, eyni zamanda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Misirdəki səfirliyində keçirilən tədbirdə iştirak edib, milli dəyərlərimizin təbliği istiqamətində səfir Tural Rzayev başda olmaqla, səfirlik əməkdaşlarının peşəkar diplomatik fəaliyyətilə yaxından tanış olub.

Mətbuat və informasiya şöbəsi, 23 may 2017-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!