Şərqşünaslıq fakültəsində Pasxa bayramı qeyd edilib

10/04/2017

Şərqşünaslıq fakültəsinin İbri dili fənn kabinetində Pasxa bayramı münasibətilə mərasim təşkil edilib. Tədbirdə İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Amir Rom və əməkdaşları iştirak edib. A.Rom Pasxa bayramının tarixi, keçirilmə qaydası, adət-ənənəsi barədə tələbələrə geniş məlumat verib. Ərəb filologiyası kafedrasının dosentləri Təranə Hüseynbalayeva, Gülnarə Abdullayeva, müəllimə Gülər Qasımova və İsrail üzrə regionşünaslıq ixtisası tələbələrinin iştirakı ilə aparılan söhbət bayramı simvolizə edən nemətlərlə bəzədilmiş süfrə arxasında davam edib. Tədbirin sonunda dekan müavini Cavanşir Məmmədzadə Azərbaycan-İsrail ədəbi-mədəni və tarixi əlaqələrindən söhbət açıb, maraqlı təşəbbüsə görə İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirib. İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Amir Rom tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib, bu qəbildən olan tədbirlərin davamlı olmasını arzulayıb.

Mətbuat və informasiya şöbəsi, 10 aprel 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!