Şərqşünaslıq fakültəsi tələbələrinin “Paşa Travel” şirkətinin nümayəndələri ilə görüşü keçirilib

15/12/2016

Bakı Dövlət Universiteti  Şərqşünaslıq fakültəsi tələbələrinin “Paşa Travel” şirkətinin nümayəndələri ilə görüşü keçirilib. Universitetin Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə tələbələrin təcrübə keçmək imkanlarını nəzərdə tutan “Gələcək sənsən” layihəsinin təqdimatı olub. “Paşa Travel” şirkətinin BDU ilə karyera yönümlü gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən tələbələrin işlə təmin olunma məsələləri müzakirə edilib.

“Paşa Travel” şirkəti milli turizm sahəsinin aparıcı iştirakçılarından biri olmaqla, bu sahə üzrə gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində işlər aparır. Tələbələrə təqdim edilmiş “Gələcək sənsən” layihəsi də bu məqsədin reallaşmasına xidmət edir və gənclərin artıq tələbəlik dövründən bu sahə üzrə ixtisaslaşmasını, müvafiq hazırlıq keçməklə daimi işlə təmin olunmasını nəzərdə tutur.

Mətbuat və İnformasiya şöbəsi, 15 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!