Şərqşünaslar razılığa gəldi

08/05/2015

Gürcüstan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Apollon Silaqadze və həmin institutun elmi katibi Nino Ecibadze Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində olublar. Fakültənin dekanı, dosent Elxan Əzizov fakültənin tarixi, əməkdaşlıq etdiyi universitetlər və ikitərəfli müqavilələr barədə məlumat verib. Öz növbəsində Apollon Silaqadze rəhbərlik etdiyi institut haqqında danışıb. Qarşılıqlı maraq doğuran görüşün sonunda Sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi və Gürcüstan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda tətqiqatçıların və tələbələri mübadiləsi, birgə layihələrin hazırlanması, elmi simpozium və konfransların təşkili öz əksini tapıb.

Onu da qeyd edək ki, adıçəkilən institut ilə əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq bir neçə gün əvvəl rektor, akademik Abel Məhərrəmovla görüşdə əldə edilmişdi.

Mətbuat və informasiya şöbəsi, 08 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!