“Rossotrudniçestvo”nun müavini BDU-da olub

18/05/2016

“Rossotrudniçestvo”nun (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik)  müavini Dmitriy Qujelya, agentliyin Azərbaycandakı nümayəndəliyinin  rəhbəri  Valentin  Denisov Bakı Dövlət Universitetində olublar. Rektor, akademik Abel Məhərrəmov qonaqlara universitetin tarixi, beynəlxalq əlaqələri, Rusiya universitetləri ilə qarşılıqlı münasibətləri, BDU-da fəaliyyət göstərən Rus Mərkəzi, o cümlədən rus dilinin tədrisi haqqında danışıb.

“Rossotrudniçestvo”nun müavini Dmitriy Qujelya, Agentiliyin Azərbaycan nümayəndəliyinin rəhbəri  Valentin  Denisov Bakı Dövlət Universitetində rus dilinin tədrisindən razılıqlarını ifadə edib, Rus Mərkəzinin fəaliyyəti üçün yaradılmış şəraitin diqqətəlayiq olduğunu nəzərə çatdırıb, bu istiqamətdə əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarının bildiriblər.

Sonra nümayəndə heyəti univesitetin maddi-texniki bazası, laboratoriyaları ilə tanış olublar. Fizika fakültəsinin dekanı, Nanotexnologiya laboratoriyasının müdiri, professor Məhəmmədəli Ramazanov qonaqlara Rusiya fizikləri ilə əməkdaşlıq, o cümlədən Dubnadaki Nüvə Tədqiqatları Birləşmiş İnstitutu ilə əlaqələrindən bəhs edib.

Mətbuat və informasiya şöbəsi, 18 may 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!