Respublika Günü münasibətilə THİK-in aktiv tələbələri ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar

29/05/2014

28 May-Respublika Günü münasibətilə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv tələbələri, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad eib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, məzarları üzərinə qərənfillər düzüb.
Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət olunub.
Mərasim Azərbaycan İstiqlal Muzeyində davam etmişdir. Burada ayrı-ayrı bölmələrdə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid eksponatlar haqqında ətraflı məlumat verilib.
Muzeydə təşkil olunan “dəyirmi masa”da MQF-nin prezidenti Rauf Zeyni Respublika gününün əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bu əlamətdar gün ölkəmizdə böyük təntənə ilə qeyd olunur.
ATXƏM-in sədri İlham İsmayıl isə Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk tolerantlıq və demokratiya nümunəsi olduğunu bildirib.
Mərasim çərçivəsində Dövlət Bayraq Meydanına gəzinti də təşkil olunub.

Mətbuat və İnformasiya şöbəsi, 29 may 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!