Rektorun Tətbiqi riyaziyyat və kibernetika, Fizika və Mexanika-riyaziyyat fakültələrinin IV kurs tələbələri ilə görüşü

13/04/2009

Aprelin 13-də BDU-nun Böyük Akt zalında rektor, akademik Abel Məhərrəmovun tətbiqi-riyaziyyat, fizika və mexanika-riyaziyyat fakültələrinin IV kurs tələbələri ilə görüşü keçirildi. Görüşdə əsas mövzu dövlət imtahanı ilə bağlı idi. Rektor Abel Məhərrəmov tələbələrin çoxsaylı suallarını cavablandıraraq, görüş zamanı ona yazılı şəkildə göndərilən şikayətləri də elə yerindəcə fakültənin dekanları ilə çözməyə çalışdı. Rektor bildirdi ki, tələbələrin çoxsaylı xahişləri nəzərə alınaraq imtahanların vaxtı qabağa çəkilmişdir. Beləliklə, birinci imtahan iyunun 11- 12-si, ikinci imtahan isə iyunun 25-26-da keçiriləcəkdir. Bunun əsas səbəblərindən biri imtahandan kəsilən tələbələrin əsgərliyə getmədən əvvəl ikinci dəfə imtahan verib, diplom almalarına şərait yaratmaqdır. Tələbələrin çoxsaylı xahişlərindən biri də I, II kurs tələbələri üçün universitetin saytında yerləşdirilən mühazirələrin III, IV kurs üçün də təşkil edilməsi idi.
Sonda rektor, akademik Abel Məhərrəmov tələbələrdən imtahanlara ciddi hazırlaşmalarını tövsiyyə edərək, imtahanların yüksək səviyyədə təşkil olunacağını bildirdi. İmtahanlara nəzarəti bilavasitə özü edəcəyini xatırlatdı.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 13 aprel 2009-cu il.

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!