Rektorun birinci kurslarla görüşü davam edir

07/10/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Sosial Elmlər və psixologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirib. Rektor Abel Məhərrəmov birinciləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara universitetin tarixi, inkişaf mərhələləri barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin məzunu olduğu universitetdə oxumağın böyük şərəf, həm də məsuliyyət olduğunu söyləyən akademik A.Məhərrəmov bildirib ki, universitet yetkin bir insanın təhsil aldığı müəssisədir və burada yalnız oxuyub, seçdiyin ixtisasın peşəkarı olmağa çalışmaq lazımdır. Rektor bu günlərdə  BDU-nun dünyanın 700 ən yaxşı universiteti siyahısına daxil olduğunu deyib. Eyni zamanda, tələbələri ingilis dilini öyrənməyə, informasiya-kommunikasiya texnologiyalarına mükəmməl şəkildə yiyələnməyə çağırıb.

Mətbuat və informasiya şöbəsi, 07 oktyabr 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!