Rektoru təbrik edirlər

28/11/2016

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu il keçirilmiş seçkilərdə dünyanın ən nüfuzlu elmi qurumlarından biri olan Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Oktyabrın 28-də Rusiya Elmlər Akademiyasının ümumi iclasında 2400 namizədin iştirak etdiyi və üç mərhələdən ibarət keçirilmiş seçkilərin nəticələri təsdiqlənib, Rusiya Elmlər Akademiyasına üzv seçilən beynəlxalq səviyyədə tanınmış 63 xarici alimin adı açıqlanıb. Bu siyahıda ABŞ, İngiltərə, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç kimi ölkələrdən ən məşhur alimlərin, o cümlədən 7 Nobel mükafatçısının da adı var. Dünya şöhrətli fransız Sovaj Jan Pyer, çinli Xuan Vey, israilli Şextman Dan, amerikalı Henri Kissencer, Rodjer Kornberq, Martinus Veltman, Kennet Cozef Errou kimi elm nəhənglərinin sırasında BDU-nun rektoru Abel Məhərrəmovun adı da yer alıb.

Bu münasibətlə rektorun ünvanına çoxsaylı təbrik məktubları daxil olub. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, akademiklər Rasim Əliquliyev, Teymur Bünyadov,Vaqif Abbasov, Arif İsmayılzadə və digər təbrik edənlər bu xəbərin respublikamızın intellektual elitası tərəfindən  böyük sevinc və qürur hissi ilə qarşılandığını, bunun həm də Azərbaycan elminin  və təhsilinin nailiyyətlərinə beynəlxalq səviyyədə verilən yüksək qiymət olduğunu bildiriblər. Məsələn, akademik Akif Əlizadə  öz məktubunda bu hadisəni elmimizin beynəlxalq  nüfuzunun təsdiqi olduğunu, Təhsil naziri Mikayıl Cabbarov akademik Abel Məhərrəmovu zəngin təcrübəsi və yüksək mənəvi keyfiyyətləri sayəsində hər zaman dərin hörmət qazandığını  qeyd ediblər. Təbrik edənlər arasında dövlətin ali struktur rəhbərləri, Dövlət Komitə sədrləri, Millət vəkilləri, hüquq-mühafizə orqanları rəhbərləri və nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirləri, universitet rektorları, akademiklər və çoxsaylı alimlər, ictimaiyyət nümayəndələri akademik Abel Məhərrəmovu təbrik edərək bu hadisəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsil sahəsində apardığı uğurlu islahatların nəticəsi kimi qiymətləndiriblər.

Akademik Abel Məhərrəmova təbrik məktubu göndərənlər arasında dünyanın görkəmli alimləri də vardır. Rusiya Elmlər Akademiyasının vitse-prezidenti S.M.Aldoşin, Rusiya EA-nın vitse-prezidenti və  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik V.A.Sadovniçi, həmin universitetin Kimya fakültəsinin dekanı, akademik V.V.Lunin və professor-müəllim heyəti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik V.A.Matveyev, MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru A.V.Ruzayev, Türkiyənin və MDB-nin bir çox universitet rektorları, institut direktorları, akademiklər və digər çoxsaylı  alimlər bu hadisəni yüksək qiymətləndirib və bunu akademik Abel Məhərrəmovun dünya elminə və təhsilinə verdiyi töhfənin təsdiqi olduğunu qeyd ediblər.

BDU-nun Mətbuat və informasiya şöbəsi olaraq rektor, akademik Abel Məhərrəmovun bütün təbrik göndərənlərə təşəkkürünü bildiririk.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!