Rektor yubilyarları təbrik edib

07/07/2014

Bakı Dövlət Universitetinin Qubanın II Nügədi kəndindəki Tədris-təcrübə və istirahət mərkəzində keçirilən genişləndirilmiş Elmi Şurada universitetin ictimai həyatındakı fəal mövqeyinə, vəzifə borclarını məsuliyyətlə yerinə yetirməsinə, əməkdaşlar arasında sağlam münasibətlərin və nizam-intizam qaydalarının möhkəmləndirilməsindəki xidmətlərinə görə Kadrlar şöbəsinin müdiri Səadət Namazova, BDU-nun ictimai həyatındakı fəal mövqeyinə, bir çox idman yarışlarının təşkilində və keçirilməsində böyük roluna, gənc nəslin sağlam böyüməsindəki xidmətlərinə görə Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Aləddin Paşayev də Fəxri fərmanla təltif ediliblər. Habelə elmin və təhsilin inkişafında və gənc nəslin yetişdirilməsindəki xüsusi xidmətlərinə, tələbələrdə vətənə, xalqa, dövlətə məhəbbət ruhunun aşılanmasındakı roluna və yubileyləri münasibətilə daha bir qrup universitet alimi Fəxri fərmanlarla təltif edilib. Fəxri fərmana layiq görülənlər aşağıdakılardır: Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Xudaverdi Qənbərov, Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müdiri, Əməkdar müəllim, dosent Əyyub Əzizov, Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Filologiya fakültəsinin Təbiət fakültələri üzrə Rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov, Mexanika riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının professoru Kazım Həsənov, Tarix fakültəsinin Qiyabi şöbə üzrə dekan müavini Əmrah Dadaşov, Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının dosenti İpək Abbasova, Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov, Fizika fakültəsinin Ümumi fizika kafedrasının professoru İsfəndiyar Əliyev və Bərk cisimlər kafedrasının dosenti Əmrulla Ağamalıyev, Sosial Elmlər və Psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının dosenti Rövşən Cavadov. Fəxri fərmanları rektor, akademik Abel Məhərrəmov təqdim edib.

Qeyd edək ki, bir müddət öncə Filologiya fakültəsinin Türk xalqları ədəbiyyatı kafedrasının dosenti Firuzə Ağayeva Aşqabad şəhərində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Türkmənistanın "Məxtimqulu Fəraqi" medalına layiq görülmüşdü. Rektor Abel Məhərrəmov alimin bu uğuru xüsusi qiymətləndirib və Elmu Şura adından təşəkkürünü bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 07 iyul 2014-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!