Rektor Yekun Dövlət Attestasiyasına buraxılan təbiət fakültələrinin tələbələri ilə görüşüb

15/05/2013

Bu gün BDU-nun Böyük Akt zalında rektor, akademik Abel Məhərrəmov Yekun Dövlət Attestasiyasına buraxılan təbiət fakültələrinin (kimya, fizika, tətbiqi riyaziyyat və kibernetika, geologiya, ekologiya və torpaqşünaslıq, biologiya, coğrafiya, mexanika-riyaziyyat) tələbələri ilə görüşüb.

Görüşdə rektor Abel Məhərrəmov tələbələrin problemləri ilə maraqlanıb, yaz sessiyası nəticəsində Apellasiya Komisiyasına müraciət edən tələbələrin nəticələrini müzakirə edərək müəyyən tapşırıqlar verib, onların çoxsaylı suallarını cavablandırıb.Rektor tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara nəzarəti bilavasitə özü edəcəyini xatırladıb.

Eyni zamanda fakültə dekanları və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştirakları üçün dəstək vermək barədə göstərişlər verib.

Mətbuat və İnformasiya şöbəsi, 15 may, 2013-cü il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!