REKTOR TƏLƏBƏLƏRİ TƏBRİK EDİB

28/12/2010

Bu gün Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tələbə və müəllim heyətini təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Rektor 2010-cu ildə ölkəmizin bütün sahələrdə uğurlar əldə etməsindən, dünyanın qabaqcıl dövlətinə çevrilməsindən, çox ciddi siyasi və iqtisadi uğurlara imza atmasından danışıb: “Müstəqil dövlətimiz güclü inkişaf potensialı, səmərəli idarəetmə sistemi ilə nəzərdə tutulmuş bütün proqramları müvəffəqiyyətlə həyata keçirmişdir.” Akademik Abel Məhərrəmov xüsusilə qeyd edib ki, respublikamızda hökm sürən sabit və sağlam ictimai-siyasi mühit Bakı Dövlət Universitetinə 2010-cu ildə də yeni nailiyyətlər  əldə etməyə imkan verib, ulu öndərimiz Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti» adlandırdığı elm və təhsil ocağı üçün əlamətdar olub. 2010-cu ildə universitetdə yeni elmi strukturlar yaradılıb, tədrisin keyfiyyəti yaxşılaşdırılıb, universitetin beynəlxalq əlaqələri daha da genişlənib və sair işlər görülüb. Tədbirdə Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Sahil Hacıyev də çıxış ediblər. Tədbir tələbələrin təşkil etdiyi Yeni il şənliyi ilə başa çatıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 28 dekabr 2010-cu il.
(Material AzərTAc, SİA, Qafqazinfo.az informasiya agentlikləri və xəbər portallarında, “Ekspress” qəzetində də yayımlanıb – 28-30 dekabr 2010-cu il).


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!