Rektor rusiyalı dekanı qəbul edib

15/04/2011

Rektor, akademik Abel Məhərrəmov Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət və Lomonosov mükafatları laureatı Sergey Karpovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən, əsasən də Rusiya Federasiyası universitetləri ilə münasibətlərdən bəhs edib.

Rektor Rusiyanın ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən danışıb.

Öz növbəsində Sergey KarpovAzərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində gələcək perspektivlərdən danışaraq, gənc mütəxəssislər arasında informasiya mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.

Qarşılıqlı maraq kəsb edən digər məsələlərin də müzakirə edildiyi görüş qonagın universitetlə tanış olaraq yüksək təəssüratla ayrılmasi ilə başa çatıb.

Qeyd edək ki, görüşdə Postsovet məkanlarının öyrənilməsi üzrə informasiya-analitik mərkəzin direktoru, MDU-nun tarix fakültəsinin dekan müavini Aleksey Vlasov və MDU-nun tarix fakültəsinin müəllimi, tarix elmləri namizədi, dosent İsmayıl Atakişiyev də iştirak edirdi.

BDU-nun Mətbuat və Informasiya şöbəsi, 15 aprel 2011-cu il.

(Material  Azadinform, Lent.az, Modern.az, informasiya agentliklərində, xəbər portallarında, "Azərbaycan", "Yeni Azərbaycan", "Respublika", "Azərbaycan müəllimi" , "CBN Extra" qəzetlərində də yayımlanıb – 18-22 aprel 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!