Rektor qış imtahan sessiyasının gedişini izləyib

25/01/2013

Bu gün rektor, akademik Abel Məhərrəmov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyala üzrə prorektor, professor Aydın Kazımzadə  Sosial elmlər və psixologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyət, Kitabxanaçılıq və informasiya və Şərqşünaslıq fakültələrinin imtahan verən tələbələri ilə görüşüblər.

Rektor imtahanların təşkili, gedişi ilə bağlı tələbələrin fikirlərini öyrənib.

Eyni zamanda imtahan biletləri ilə tanış olub, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb. Tələbələr suallardan və imtahanın gedişindən razılıq ifadə ediblər. İmtahan cavablarının bir gün sonra elan olunmasını, cavablarının obyektiv qiymətləndirilməsini xüsusi ilə qeyd ediblər.

Rektor tələbələrə müvafiq tövsiyyələrini verib və nəticədən narazı qalan tələbənin apellyasiya komissiyasına müraciət etmək hüququnu diqqətə çatdırıb.

Tələbələrin imtahanlarla bağlı fikirləri:

Nigar Sahibqızı,

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi, IV kurs

Bu illər ərzində verdiyim bütün imtahanların nəticəsindən razı qalmışam. Heç vaxt  çətinliyim olmayıb. Təbii ki, imtahan həyacansız olmur. Amma nəticə hər zaman xeyrimə olub. BDU-nun məzunu olacağıma görə çox sevinirəm. Konkret imtahanlarımız isə bu sessiyada da çox yüksək təşkil olunub.

Abdullazadə Fəridə

Kitabxanaçılıq və informasiya fakültəsi, IV kurs

Mən bu gün Normativ Texniki Potent Ədəbiyyatı Biblioqrafiyası fənnindən imtahan verirəm. Qrupun nümayəndəsiyəm. İndiyə qədərki qiymətlərim əladır. İxtisas seçimində birinci olaraq bu fakültəni yazmışdım. Özümə əminəm. Şübhə etmirəm ki, obyektiv qiymət alacam.

Salehli Rəqsanə

Kitabxanaçılıq və informasiya fakültəsi, IV kurs

Zərbəçiyəm. İmtahanlarla bağlı heç vaxt problemim olmayıb. Fakültəmdən və müəllimlərdən çox razıyam. Sualları bilirəm və inanıramki, hər şey yaxşı olacaq.

Əliyev Elmar

SEP, I kurs

İmtahanların təşkilindən, gedişatından çox razıyam. Bütün günü oxuyuram və bu sonda ğz nəticəsini verir. Qiymətlərim pis deyil. Bu dəfə də yaxşı olacağına inanıramş.

Hüseynova Elnurə

Şərqşünaslıq fakültələrinin, II kurs

Müasir Azərbaycan dili fənnindən imtahan verirəm.  Hər şeydən razıyam. İnanıram ki, həmişəki kimi bu dəfə də layiq olduğum qiyməti alacam.

Mətbuat və İnformasiya şöbəsi, 25 yanvar 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!