Rektor qış imtahan sessiyasının gedişini izləyib

17/01/2013

Bu gün rektor, akademik Abel Məhərrəmov və Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva Sosial elmlər və psixologiya, Tarix və Biologiya fakültələrinin imtahan verən tələbələri ilə görüşüblər. İmtahanın  gedişi ilə maraqlanan rektor, tələbələrlə söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb. Tələbələr suallardan və imtahanın gedişindən razılıq ifadə edib,  onun təşkili və qiymətləndirmənin obyektiv olduğunun qeyd ediblər. Müvafiq tövsiyyələrini verən nəticədən narazı qalan tələbənin apellyasiya komissiyasına müraciət etmək hüququnun olduğunu bildirib, onlara uğurlar arzulayıb.

Tələbələrin imtahanlarla bağlı fikirləri:

Ramilə Bayraməva

SEP, III kurs

Bu gün xarici ölkələrin psixologiya tarixi fənnindən imtahanım verirəm. BDU-da oxuduğuma görə çox sevinirəm. İmtahanlardan narazılığım yoxdur, hər şey əla təşkil olunub.

Ahmet Hatırnaz

Tarix fakültəsi, II kurs

Politologiyadan imtahan verirəm. Sualları bilirəm və inanıramki, hər şey yaxşı olacaq.

Rzalı Dostu

Biologiya fakültəsi, III kurs

Biologiyanın tədrisi metodikasınan  imtahan verirəm. Özümə əminəm. Şübhə etmirəm ki, obyektiv qiymət alacam.

Axundova Gülşən

SEP, III kurs

Bu gün psixologiya fənnindən imhtahan verirəm. İmtahanların gedişatından çox razıyam. Bütün gün oxuyuruq, hazırlaşırıq. Qiymətlərim pis deyil. Bu dəfə də yaxşı olacağına inanıram.

Dadaşova Aidə

Biologiya fakültəsi, III kurs

Entimologiya fənnindən imtahav verirəm. İmtahanlardan razıyam. İnanıram ki, budəfəki qiymətim də məni qane edəcək.

Əlizadə Aysel

Biologiya fakültəsi, III kurs

Mikrobiologiyadan imtahan verirəm.. Qiyməti ancaq oxumaqla qazanmağın mümkün olduğunu bilirik və buna görə də köçürmə halları və ya başqa neqativ hərəkətlərlər, demək olar ki, yoxdur.

Mətbuat və İnformasiya şöbəsi, 17 yanvar 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!