Rektor Rəsul Çunayevi qəbul edib

08/09/2016

Bakı Dövlət Universitetsinin rektoru, akademik Abel Məhərrəmov Avropa, dünya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayevi qəbul edib. Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan, son illər bu istiqamətdə idmançılarımızın əldə etdikləri nailiyyətlərdən bəhs edən rektor Rəsul Çunayevi Rio-2016 Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edərək bürünc medala layiq görülməsi münasibətilə təbrik edib. Bildirib ki, Rəsul Çunayev dəfələrlə Azərbaycan bayrağını zirvələrə qaldırıb, bir çox mötəbər yarışlarda, o cümlədən tələbələrin Universiadasında, Avropa oyunlarında, ötən il keçirilən Dünya Çempionatında birincilik əldə edib. Bütün bunları təqdirəlayiq hal hesab edən rektor gələcəkdə qatılacağı beynəlxalq yarışlarda daha böyük uğurlara imza atmasını arzulayıb.
R.Çunayev, öz növbəsində, rektora göstərdiyi diqqətə, o cümlədən BDU-da təhsil alan gənc idmançılara qayğısına görə təşəkkür edib. Görüşün sonunda rektor idmançımıza hədiyyə təqdim edib, xatirə şəkli çəkdirilib.

Mətbuat və informasiya şöbəsi, 8 sentyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!