Rektor imtahan prosesini izləyib

05/01/2015

Bu gün rektor, akademik Abel Məhərrəmov hüquq, ekologiya və torpaqşünaslıq, beynəlxalaq münasibətlər və iqtisadiyyat, biologiya və filologiya fakültələrində imtahan prosesini izləyib, tələbələrin problemləri ilə maraqlanıb.

Sessiyanın gedişinə operativ nəzrət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. Bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin.

Qeyd edək ki, imtahan sessiyası başlamazdan bir neçə gün əvvəl rektor Abel Məhərrəmov dekan və qrup nümayəndələrinin iştirakı ilə görüş keçirib, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyasının 2015-ci il may ayının 31-dək başa çatdırılması haqqında qərardan danışıb.

Rektor tədris qrafikində yaranmış sıxlığı, xüsusən də imtahanlar arasındakı günlərin sayının az olmasını nəzərə alaraq imtahan suallarını azaldılması ilə bağlı müvafiq tapşırıqlar verildiyini də diqqətə çatdırıb.

Mətbuat və informasiya şöbəsi, 05 yanvar 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!