Rektor imtahan prosesini izləyib

14/01/2013

Bu gün rektor, akademik Abel Məhərrəmov hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, filologiya fakültələrində olub. Qış imtahan sessiyasının gedişi ilə maraqlanan rektor, tələbələrlə söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb. Rektor öncə hüquq  fakültəsində olub və ingilis bölməsində təhsil alan tələbələrinin tarix, hüquq nəzəriyyəsi imtahanları ilə maraqlanıb. Tələbələr suallardan və imtahanın gedişindən razılıq ifadə ediblər.

Sonra rektor beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin konstitusiya hüququndan imtahan verən II və riyazi analizdən imtahan verən I kurs tələbələri isə söhbət edib. Onlar hər hansı problemlərinin olmadığını, sualların 1 ay əvvəldən verildiyini və mühazirə mətnləri ilə üst-üstə düşdüyünün bildiriblər.

Filologiya fakültəsinin tələbələri də imtahanın təşkili, gedişi, qiymətləndirmənin obyektiv olduğunun qeyd ediblər. Rektor fəlsəfə və dünya ədəbiyyatından imtahan verən filoloqlardan biletlərinə düşən suallar ətrafında söhbət edib.

Tələbələrə biliklərinin obyektiv qiymətləndiriləcəyini deyən rektor, nəticədən narazı qalan tələbənin apellyasiya komissiyasına müraciət etmək hüququnun olduğunu bildirib, onlara uğurlar arzulayıb.

Tələbələrin imtahanlarla bağlı fikirləri:

Sevil Əliyeva,

Hüquq fakültəsi, I kurs

Bu gün tarix fənnindən imtahanım verirəm. Sayca 3-cü imtahanımdır.  Həm BDU-nun tələbəsi olduğuma, həm də istədiyim ixtisasa düşdüyümə görə çox sevinirəm. Hər şey əla təşkil olunub. İmtahanlardan narazılığım yoxdur. İnanıram ki, budəfəki qiymətim də məni qane edəcək.

Humbət Quliyev,

Hüquq fakültəsi, I kurs

Dövlət və Hüquq nəzəriyyəsindən imtahan verirəm. Bildiyim suallardır. Problemim yoxdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Zəhmət heç vaxt yerdə qalmır.

Dilqəm Həmidzadə,

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi, II kurs

Konstitusiya hüququndan imtahan verirəm. Yaxşı hazırlaşmışam. İmtahanlardan razıyam. Obyektiv qiymət alacağıma şübhə etmirəm.

Aidə Nabadova,

Filologiya fakültəsi, II kurs

İmtahanlardan çox razıyam. Köçürmə halları, başqa neqativ hərəkətlər yoxdur. Bilirik ki, qiyməti ancaq oxumaqla almaq olar. Ona görə də gecə-gündüz oxuyuruq, hazırlaşırıq. Qiymətlərim pis deyil. Bu dəfə də problemin olmayacağına əminəm.

Mətbuat və İnformasiya şöbəsi, 14 yanvar 2013- il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!